“Əsas odur ki, ötüşməni finiş xəttinə gətirməyi və çox xal qazanmağı bacardıq”

Maks Ferstappen, sözün əsl mənasında Bəhreyn qran-prisini qazanmağa bir addım qalmışdı, ancaq Lüis Həmilton finiş xəttini 1-ci keçdi və “Red Bull Racinq”in niderlandlı sürücüsünün məyusluğu başa düşüləndir. O, yenə də yarışda çox müsbət bir şey olduğuna inanır: “Əlbəttə ki, təəssüf, lakin müsbət cəhətləri də görmək lazımdır: “Mersedes” ilə bərabər şərtlərdə mübarizə apara bilərik. İlin belə başladığı çox yaxşıdır!

Yarışın əvvəlində maşınla nə etdiyimi bilmirəm və yavaş künclərdən sürətlənmə probleminin tamamilə həll olunduğunu düşünmürəm. Bunu hələ analiz etmək lazımdır, amma əsas odur ki, ötüşməni finiş xəttinə gətirməyi və çox xal qazanmağı bacardıq”.

Həmin kateqoriyadan