“Əsası odur ki, çıxışımızda həyəcan yox idi”

“Gec də olsa hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Bugünkü dəstəklərinə görə sumqayıtlı azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar bizi çox gözəl dəstəklədilər və lazımi enerjini verdilər. Futbolçulara da təşəkkür edirəm. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü U-21 millinin baş məşqçisi Milan Obradoviç qitə çempionatının seçməsində Sumqayıtda “Kapital bank arena”da Estoniyaya 3:0 qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. Serbiyalı mütəxəssis komandada həyacanın olmamasından razı qalıb:

“Rəqibin oyunları izləyib, analiz etmişdik. Estoniyadan bu oyunu gözləyirdik. Bilirdik ki, uzun ötürmələr, standart vəziyyətlər və başla oyuna üstünlük verir. Səbr etməli, öz fürsətlərimizi gözləməli və qol vurmalı idik.

Fasilədə futbolçulara bu istiqamətdə tapşırıqlar vermişdik. Bu cür futbol oynayan komandalarla oyunlarda rəqibin açılması üçün daha tez qol vurmaq vacib idi. Əsası odur ki, çıxışımızda həyəcan yox idi və rəqibin belə oyununa hazır idik”.

Həmin kateqoriyadan