Əsgər Abdullayev: Küçə komandasının Premyer Liqada nə işi var?

“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdır. Amma görünür ki, biz hələ bunun üzərində işləməliyik. AzAL komandasını qələbə münasibəti ilə təbrik edirəm. Bu komandanın öz oyun üslübu var. Bu rəqibin ünvanına “küçə komandası” ifadəsini kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var?

Mənim Tərlan Əhmədovdan incikliyim yoxdur, ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil”.

Həmin kateqoriyadan