- Baxış sayı: 33
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 117
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Faciədə həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Oyuna gəldikdə, əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq. Qol buraxmayan, məğlub olmayan komanda yoxdur. Bu gün qol buraxdıq və bu bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq. Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki rahatlaşaq? “Neftçi” adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub”.