- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq. Fasilədən sonra düşündük ki, rəqibi əks hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik. Buna rəğmən, qələbə hesabını qoruyub saxlaya bildik.
Komandada qalıb-qalmayacağımla bağlı sual 1 aydır ki, davam edir. Bu sual çeynənmiş saqqız kimidir. Bilirdim ki, yenə bu sual olacaq. Hər şey Allahın qismətidir. Filyonun əsas heyətdə meydana çıxması təsadüfi deyildi. Son məşqlərdə onu daha “diri” gördüm. Başla yaxşı oynamağı bacaran futbolçunu start heyətində meydana buraxdım və sevindirici haldır ki, yanılmadım. Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdırlar”.