- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Rəqib yaxşı oynadı. Şahin müəllim yaxşı komanda qurub. Onu təbrik edirəm. “Neftçi”yə gəlincə, stadionun ot örtüyünün pis olması çıxışımıza təsir etdi. İkinci yarıda hesabı bərabərləşdirəndən sonra daha da fəallaşdıq. 2-3 yüz faizli qol imkanını qaçırdıq”.