- Baxış sayı: 32
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 106
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qarabağ” güclü rəqibdir. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var. Biz bütün bunları bilirdik. Matça gəldikdə isə futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq.
Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı ona deyə bilərəm ki, gənc oyunçudur, istəklidir, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur. Mənim futbol karyeram “Neftçi”də başlayıb, “Neftçi”də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam”.