- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Türkiyədəki təlim-məşq toplanışı barədə danışıb. Allsport.az xəbər verir ki, o, bu gün Qazaxıstanın “Kaysar” komandası ilə yoxlama matçından (0:0) sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“10 günlük fasilə var idi. Amma futbolçularımıza tapşırmışdıq ki, yükləmələrdən başlamalıyıq. Toplanışa Bakıda start verdik. Buraya gələndən sonra isə gündə iki dəfə məşq edirik. Qarşımızda bir həftə var. O bir həftə ərzində günə iki məşq planlaşdırmışıq. Oyunçular sabah istirahət edəcəklər. Sonra yenə məşqlərə başlayacağıq”.
Klub rəhbərliyinə təşəkkürümüzü bildiririk. Hər bir şərait yaradılıb. Oyunlar, qidalanma, məşq meydançaları – hər şey yüksək səviyyədədir. Ayın 18-də də daha bir oyunumuz var. İstəyirik ki, çempionatımızda “Səbail”ə qarşı göstərəcəyimiz oyunu bu matçda da göstərək”.