- Baxış sayı: 158
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 158
- Dekabr 05, 2025
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Rəvan” – “Zirə” matçında “Rəvan”ın 5, “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
“İnter” – AZAL matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 29-cu dəqiqəsində AZAL-ın futbolçusu Məhəmməd Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.