- Baxış sayı: 4
- 21 Noyabr 2024 13:58
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bu gün AFFA-nın inzibati binasında maarifləndirmə məqsədilə Misli premyer liqası (əvəzedicilər), 1-ci və 2-ci liqa klublarının “Danışılmış oyunlar”a qarşı məsul şəxsləri üçün seminar təşkil olunub. Allsport.az saytı xəbər verir ki, assosiasiyanın yarışın toxunulmazlığı ilə əlaqəli nizam-intizam qaydaları bəllidir. Bundan əlavə, artıq uzun müddətdir ki, futbol yarışlarında manipulyasiya halları ilə mübarizədə AFFA yerli klublar ilə əməkdaşlıq edir.
Məlum olduğu kimi, Azərbaycan premyer liqasında, UEFA-nın klub yarışlarında və I liqada iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalarında “A” dərəcəli meyar olaraq, klublarda “Danışılmış oyunlar”a qarşı məsul şəxslər təyin edilib.
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib, “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib.