10 idmançımız olimpiadada mübarizəyə start verir

Bu gün idmançılarımız yay olimpiya oyunlarında mübarizəyə başlayacaq. Allsport.az xəbər verir ki, 10 təmsilçimiz bu gün mübarizəyə start verəcək.

Boksçulardan Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/16 final mərhələsinin döyüşlərinə çıxacaqlar.

Cüdoçulardan Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəyə başlayacaqlar.

100 metr məsafəyə batterflayda üzgüçü Məryəm Şeyxəlizadə Xangah, 400 metr qarışıqda isə Maksim Şemberev təsnifat mərhələsində yarışacaq.

Velosipedin şosse növündə Elçin Əsədov yarışacaqsa, idman gimnastı İvan Tixonov təsnifat mərhələsində uğur qazanmağa çalışacaq.

10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında isə Ruslan Lunyov mübarizə aparacaq.

Tokio-2020 yay olimpiya oyunları
24 iyul
Boks
57 kq
13:36. 1/16 final.Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)

69 kq
14:54. 1/16 final. Lorenso Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)

+91 kq
15:27. 1/16 final. Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)

Velosiped idmanı – şosse
06:00. Elçin Əsədov

İdman gimnastikası
05:00. Təsnifat. İvan Tixonov

Cüdo
60 kq
06:00. 1/16 final. Kəramət Hüseynov – Eşli Makkenzi (Böyük Britaniya)

48 kq
06:00. 1/16 final. Aişə Qurbanlı – Katarina Koşta (Portuqaliya)

Üzgüçülük
100 metr batterflay
14:25.Təsnifat. Məryəm Şeyxəlizadəxangah

400 metr qarışıq.
14:07. Təsnifat. Maksim Şemberev

10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma
08:00. Ruslan Lunyov.

Həmin kateqoriyadan