“10 ildir eyni telefonu işlədir”

“Çelsi”nin və Almaniya yığmasının ulduzu Kay Havertz komanda yoldaşı Nqolo Kantenin həyat tərzindən danışıb.

Alsport.az xəbər verir ki, fransız futbolçu təvazökarlığı və pula xüsusi münasibəti ilə tanınır.

Kante maşın və paltar kimi şeylərə pul xərcləməyə tələsmir.

“Futbolçular ağıllı görünürlər, brilyantlarla gəzirlər və s. Mən fərqli inanlarla tanış oldum. Kante də onlardan biridir: sakitdir, yer üzündə bahalı şeylərə əhəmiyyət vermir. O bilir ki, həyat təkcə futbol deyil. Nqolo Kante fərqlidir. 10 ildir ki, eyni telefonu işlədir. Maşına, paltara fikir vermir.

İnsanları xərclədikləri pula görə mühakimə etməyin” – deyə Havertz bildirib.

Həmin kateqoriyadan