- Baxış sayı: 8
- 26 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
“Qarabağ” Premyer Liqada ardıcıl 13-cü ev qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, son 10 ildə Azərbaycan çempionatlarında qeydə alınan ən uzun seriyadır. Sonuncu belə seriya “İnter”ə məxsus olub. “Bankçılar”ın 14 qələbədən ibarət qələbələrinə 2006-cı fevralında son qoyulub.
Son 10 ilin rekorduna nail olan Qurban Qurbanovun komandası Premyer Liqanın 8-ci turunda “Sumqayıt”ı 3 cavabsız qolla məğlub edərək, mövsümdə 4-cü dəfə qonaqları quru hesabla üstələyib. Ağdamlılar ardıcıl 3-cü çempionluğunu bayram etdiyi ötən mövsümün son 9 ev matçında da rəqiblərinə xal verməmişdi.
2016-cl ildə evdə keçirdiyi 13 matçın hamısında qalib gələn ağdamlıların “Qarabağ”ın öz meydanındakı son xal itkisi “Qəbələ” ilə matça təsadüf edib. Bu matç 2015-ci il dekabrın 19-na təsadüf edib və 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” ardıcıl evdə qazandığı 13 matçın son 9-da qapısını da toxunulmaz saxlayıb. Yəni əyalət klubu 9 matçdır qonaqlara nə xal, nə qol sevinci yaşadır.