- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, 29 yaşlı qolkiperin yubileyi premyer liqanın XVII turuna təsadüf edib.
O, “Səbail”lə səfərdəki matçda (0:3) meydana çıxıb. Əzizli bu 100 oyunda 143 qol buraxıb.
Qapıçının debütü “Rəvan”da forma geyindiyi 2015/16 mövsümündə gerçəkləşib. O, premyer liqada 8 klubda çıxış edib. Rəşad “Rəvan”, “Şüvəlan”, “Neftçi”, “Sumqayıt”, “Şamaxı”, “Zirə”, “Səbail”in və “Qəbələ”nin şərəfini qoruyub.