- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qarabağ” “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib.
Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqasının XXIII turundan təxirə salınmış oyunadək rəqib qapısına 98 dəfə yol tapan Ağdam klubu 4:0 hesablı qələbə qazanıb.
Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. “Qarabağ” matçın sonunadək bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib.
Azərbaycan çempionatlarının 32 illik tarixində 5-ci belə hadisədir. Bunadək “Qarabağ” “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə 100-ü keçib. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub:
1. “Qarabağ” – 120 (“Neftçi”)
2. “Neftçi” – 119 (“Şamaxı”)
3. “Qarabağ” – 116 (“Sumqayıt”)
4. “Qarabağ” – 107 (“Şamaxı”)
5. “Qarabağ” – 102 (“Qəbələ”)