- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

“Qəbələ” premyer liqada 100-cü ev qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, yubiley 11-ci tura təsadüf edib. “Sumqayıt”a 2:1 hesabı ilə qalıb gələn “qırmızı-qaralar” 100-cü dəfə öz meydanında 3 xal əldə edib.
Bu, komandanın 225-ci ev matçında qeydə alınıb. Digər 125 oyunda 64 heç-heçəsi olan “Qəbələ” 61 dəfə uduzub.
“Qırmızı-qaralar” öz meydanında ilk qələbəsini 2006/07 mövsümündə əldə edib. 2006-cı il noyabrın 11-də “Gənclərbirliyi” ilə görüş 2:0 hesabı ilə başa çatıb.
50-ci qələbə isə 2013-cü il noyabrın 22-də AZAL-la matçda gerçəkləşib. Həmin oyunun taleyini bir qol həll edib.