- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, gürcüstanlı hücumçunun yubileyi Misli Premyer Liqasının 15-ci turuna təsadüf edib.
“Turan Tovuz”la səfər görüşündə (1:0) sonradan meydana çıxan legionçu 100-cü qarşılaşmasını keçirib. Onun hesabında 30 qol var.
O, premyer liqada 2019-cu ilin əvvəlində debüt edib. “Qəbələ”də 27 (7 qol), “Zirə”də 58 (20 qol) və “Sabah”da 15 (3 qol) oyun keçirib.