- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 138
- Mart 19, 2026
- 0

Yaponiyalı atlet Sorato Simizu 100 metr məsafəyə qaçışda gənclər arasında dünya rekordu müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, 16 yaşlı idmançı Xirosimada keçirilən məktəblilərarası turnirdə bu məsafəni 10.00 saniyəyə qaçıb.
Bu, 18 yaşadək atletlər arasında ən sürətli göstəricidir.
Əvvəlki rekord amerikalı Kristian Millerə və tailandlı Puripol Bunsona məxsus idi. Onların hər ikisi 100 metr məsafəni 10.06 saniyəyə qət edib.