- Baxış sayı: 20
- 14 Aprel 2025 14:10
- Baxış sayı: 36
- Aprel 14, 2025
- 0
“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 50-ci qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, bu, həm də baş məşqçi karyerasında yalnız bir klubu çalışdıran 41 yaşlı mütəxəssisin 50-ci uğuru olub.
Yubiley Azərbaycan kubokunun 1/8 final mərhələsinə təsadüf edib. Qəsəbə klubu ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb.
Sadıqov 2020-ci ilin yayından rəhbərlik etdiyi “Zirə”ni ümumilikdə 125-ci matça çıxarıb. Paytaxt təmsilçisi onun rəhbərliyi altında 26 dəfə evdə, 24 dəfə səfərdə qalib gəlib.
Sadıqovun baş məşqçiliyi altında ilk qələbə 2020/21 mövsümünə təsadüf edib. “Qartallar” 2020-ci il sentyabrın 12-də Premyer Liqanın “Səbail”lə səfər oyununda 2:1 hesabı ilə qalib gəlib.