- Baxış sayı: 22
- 14 Aprel 2025 13:43
- Baxış sayı: 21
- Aprel 14, 2025
- 0
“Baku Sportinq” Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb.
Allsport.az xəbər verir ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda buna I təsnifat mərhələsində nail olub.
Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib və bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub.
Premyer liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsi sonuncu dəfə 2012/13 mövsümünün 1/16 final mərhələsində qeydə alınıb. “Baku Sportinq”dən 4042 gün əvvəl – 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, ümumiyyətlə, Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.