- Baxış sayı: 23
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gürcüstan millisinin Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Portuqaliya üzərində parlaq qələbəsindən sonra sosial şəbəkələrdə Gürcüstan yığmasının çox gənc hücumçusu Xviça Kvaratsxeliya və portuqaliyalı hücumçu Kriştianu Ronaldunu əks etdirən arxiv fotosu yayılıb.
Allsport.az xəbər verir ki, bu şəkil 2013-cü ildə Gürcüstanda çəkilib. Ronaldu “Milan”ın əfsanəsi Andrey Şevçenko ilə birlikdə Vitali Daraselia adına futbol akademiyasını açmaq üçün Gürcüstanın paytaxtına gəlib.
Ronaldo gənc futbolçulardan ibarət bütün komanda ilə şəkil çəkdirib. Sosial şəbəkələr iddia edir ki, bu oğlanlar arasında həmin vaxt 12 yaşlı Xviça da olub.