13-16 avqustda paytaxtın hansı küçələri bağlanılacaq?

Bakıda Formula-1 üzrə Azərbaycan qran prisinə  hazırlıq çərçivəsində yollarda quraşdırma işləri davam edir. Allsport.az saytı xəbər verir ki, avqustun 13-ü saat 23:00-dan etibarən, mərkəzi yollarda hərəkət və saxlanma məhdudiyyətləri tətbiq olunacaq. Proses 13-16 avqustda gecə saat 23:00-dan səhər saat 06:00-dək davam edəcək. Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək  Xaqani küçəsinin sağ və sol tərəfi, “Azadlıq” kəsişməsindən “Puşkin” kəsişməsinə qədər;

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Xaqani-Rəşid Behbudov” və “Xaqani-Azadlıq” kəsişmələriarası;

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Bülbül-Xaqani” və “Rəşid Behbudov-Xaqani” kəsişmələriarası.

Həmin kateqoriyadan