- Baxış sayı: 226
- 17 Noyabr 2025 21:56
- Baxış sayı: 94
- Dekabr 05, 2025
- 0

İsveçli idmançı Armand Duplantis Budapeştdə dirəklə 6,29 metr hündürlüyə tullanaraq 13-cü dəfə dünya rekordunu qırıb.
Allsport.az xəbər verir ki, Duplantis hələ 2020-ci ilin fevralında Polşanın Torun şəhərində 6,17 metr tullanaraq Renaud Lavillenienin rekordunu yeniləmişdi.
Bir həftə sonra 20 yaşlı idmançı nəticəsini daha bir santimetr artıraraq, Şotlandiyanın Qlazqo şəhərində keçirilən qış turnirində 6,18 metr tullanıb.
2022-ci ildə Duplantis üç dəfə rekordu yeniləyib.
2023-cü ildə o, Lavillenie turnirində 6,22 metr, daha sonra Yucin şəhərində 6,23 metr tullanaraq rekordu yeniləyib.
Ötən ilin aprelində 6,24 metr, Paris olimpiadasında 6,25 metr, üç həftə sonra Katovitsdə isə 6,26 metr hündürlüyə tullanaraq rekordlarını yeniləyib.
Bu il isə o, iki dəfə rekord qırıb: Klermon-Ferrandda 6,27 metr, Stokholmda isə 6,28 metr tullanmaqla hər kəsi yenidən heyrətləndirib.