- Baxış sayı: 15
- 24 Noyabr 2024 21:11
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Aston Villa” premyer liqanın 15-ci turunda “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, hazırda “aslanlar”a başçılıq edən Unai Emeri karyerasında ilk dəfə Xosep Qvardiolanın komandasını məğlub etməyi bacarıb.
Bu 2 məşqçi arasında keçirilən 10 oyunda, “şəhərlilər”in çalışdırıcısı birinci “Valensiya”ya, ikincisi isə “Barselona”ya rəhbərlik edib. Bundan sonra mütəxəssislərin bütün qarşıdurması “Arsenal” və “Mançester Siti” matçları zamanı baş verib.
Bu günə qədər Qvardiola 9 qələbə qazanıb, 4 dəfə heç-heçə edib (sonuncusu 2012-ci ildə).