- Baxış sayı: 5
- 31 Mart 2026 11:47
- Baxış sayı: 600
- Mart 30, 2026
- 0

Premyer liqada 4-cü turun son matçında “Qarabağ” “Sumqayıt”ı məğlub edib (2-0).
Allsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasov bunları deyib:
“Bura məğlub olmağa gəlməmişdik. Öncədən, futbolçulara demişdim, ehtiyatlı olsunlar, “Qarabağ” səhvləri bağışlamır.
Pressinqdə rəqib penalti qazandı. Bu işimizi çətinləşdirdi. 2-ci yarıya daha fəal başladıq. Qol vursaydıq, oyunun axarı dəyişə bilərdi. Yolumuza davam edirik”.