- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 138
- Mart 19, 2026
- 0

Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində keçirilən komandalar arasında Avropa çempionatında 6 medal qazanıb.
Allsport.az xəbər verir ki, 3-cü civizionda yer alan milli komandanın son yarış günündə mübarizə aparan üzvlərindən 4-ü ilk üçlüyə düşüb.
İyunun 24-də 100 metr məsafəyə qaçışda qalib olan Əlhəm Nağıyev bu dəfə 14 iştirakçı arasında 200 metr məsafəni 20.75 saniyə nəticə ilə hamıdan tez qət edib.
100 metr məsafəyə qaçışda 2-ci olan Lamiyə Vəliyeva 200 metrlik məsafədə də 23.58 göstərici ilə eyni nəticəni göstərib.
Vəliyeva bu nəticə ilə Azərbaycan rekordunu yeniləyib.
Üç təkanla tullanmada Rüstəm Məmmədov 16.31 metr nəticə ilə 1-ci yeri tutub.
Eyni növdə qadınların yarışında Yekaterina Sariyeva 13.87 metr göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
Ümumi hesabda 315.5 xal toplayan Azərbaycan yığması yarışı 15 ölkə arasında 6-cı sırada başa vurub.