- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA inkişaf turnirində bu gün üçüncü – sonuncu oyununu keçirəcək.
Allsport.az xəbər verir ki, U-15 Bakı vaxtı ilə saat 17:00-da ABFF təlim-məşq mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimiz turnir çərçivəsində Belarus (1:2) və Rusiya (1:3) yığmaları ilə qarşılaşıb.