- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Sumqayıt” premyer liqada 150-ci məğlubiyyətini alıb. Allsport.az saytı xəbər verir ki, bu, 18-ci turun “Zirə” ilə matçına təsadüf edib. 0:1 hesabı ilə uduzan “kimyaçılar”, 317-ci görüşündə “150”yə çatıb.
Komanda məğlubiyyətlərin 64-nü evdə, 86-nı səfərdə alıb. Ölkə çempionatları tarixində bunadək 8 klub 150 və daha çox matçda uduzub.
“Sumqayıt” buna çatan 9-cu komandadır. Antirekord isə fəaliyyətini dayandıran “Turan”a məxsusdur. Tovuzlular 222 dəfə yenilib.