- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 179
- Mart 19, 2026
- 0

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 türkdilli ölkələr turniri”ndə ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, millimiz Ərzurum yüksək irtifa təlim-məşq mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşıb. Görüş Türkmənistan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-16 turnir çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 komandaları ilə qatılıb.