- Baxış sayı: 34
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 156
- Fevral 04, 2026
- 0

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Allsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Belçikada səfərdə olan yığmanın 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) – COVID-19 testi pozitiv nəticələnib.
Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün millinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.