- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Sabah”ın “Neftçi” ilə ev oyunu Emil Qasımov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, start heyətində meydana çıxan 18 yaşlı futbolçu Topaz premyer liqasında debüt edib.
Baş məşqçi Elşad Əhmədov bundan öncəki turda, “Qarabağ”la görüşdə də gənc hücumçu debüt etmək fürsəti vermişdi. O, 80-ci dəqiqədə Şakir Seyidovu meydana buraxmışdı.
Xatırladaq ki, həm Emil, həm də Şakir U-19 millimizin üzvüdür. Onlar bu yaxınlarda Tiflisdə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan yığmamızın uğurunda pay sahibi olublar.