- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Allsport.az xəbər verir ki, milli Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələdə keçirilən oyunda qalib müəyyənləşməyib. Komandalar meydanı hərəyə 1 qolla tərk ediblər. Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub.
Oktyabrın 11-də bu komandalar arasında növbəti yoxlama oyunu keçiriləcək.
Yoxlama oyunu
8 oktyabr
Azərbaycan – Qırğızıstan 1:1