- Baxış sayı: 19
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
2017/18 futbol mövsümündə Avropa, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Afrika ölkələrində 1xBet şirkəti ilə anlaşma sayəsində “A Seriya”nın yeni tərəfdaşı yaranacaq. Allsport.az saytı xəbər verir ki, yeni işbirliyinin məqsədi “A Seriya”nın irəliləməsidir və tərəflərin hər biri üçün bu qarşılıqlı və faydalı əməkdaşlığın formasıdır.
1xBet brendi “Lega Serie A” idman assosiasiyasının bütün yarışmaları: “A Seriya”, İtaliyanın futbol üzrə superkuboku və kuboku zamanı nümayiş etdiriləcəkdir. “A Seriya” və ümumilikdə İtaliya futboluna aid online və offline kontentdə 1xBet simvolunun yerləşdirilməsi yeni tərəfdaşa öz iştirak sərhədlərini genişləndirməyinə və dünyanın ən həyəcanlandırıcı futbol liqalarından biri olan bu yarışmanı yeni səviyyəyə çıxarmağına imkan verəcəkdir.
1xBet-in beynəlxalq tərəfdaşlarla iş üzrə direktoru bildirib: “Bu bizim Avropanın top futbol liqası ilə ilk böyük tərəfdaşlığımızdır və biz bunun məhz beynəlxalq səviyyədə ən irimiqyaslı və məşhur turnir olan “A Seriya” olduğuna görə xoşbəxtik”. Eləcə də o: “Biz əminik ki, bu uzunmüddətli əməkdaşlığın başlanğıcıdır” deyə əlavə edib. Bununla o, yeni tərəfdaşlığın açdığı perspektivləri hər iki tərəfin müsbət dəyərləndirdiyini təsdiq edib.
“A Seriya” yeni tərəfdaşının idman sahəsində 10 illik iş təcrübəsi var və o, istifadəçilər üçün 49 dildə təqdim olunan sayt sayəsində dünya üzrə geniş auditoriya ilə qarşılıqlı fəaliyyət göstərir. Yeni saziş nəticəsində “A Seriya”sı hələlik ən populyar idman növü olmayan yerlərdə təqdim olunacaq və İtaliyanın futbolu dünya səviyyəsində əlavə olaraq reklam olunacaq.
“Regionlararası İdman Qrupu” (ISG) agentliyi tərəfindən tərtib edilmiş paket razılığı ISG tərəfdaşlarının konkret bölgələrdə auditoriyaya çıxışını açmaq üçün nəzərdə tutulub. ISG baş direktoru Toni Reyqanın bəyanı bunu təsdiqləyir: “Bizim məqsədimiz tərəfdaşlarımızın dünyanın müəyyən bölgələrində irəliləyişini təmin etməkdir və hazırki saziş belə tərəfdaşlığın əla nümunəsidir”.
İtaliya futbolunun irəliləmə imkanından başqa 1xBet çoxlu sayda üstünlüklər əldə edəcəkdir. ISG baş direktoru: “Bizim iş sistemimiz şirkətə öz brendini dünyanın ən böyük idman brendlərindən biri olan “A Seriya”sı populyarlığı sayəsində birbaşa məqsədli auditoriyaya nümayiş etdirmək imkanı yaradacaq”, – deyə əlavə edib.
“A Seriya” güclü və etibarlı tərəfdaş tapıb və digər top futbol liqaları, eləcə də Avropanın və dünyanın digər idman təşkilatları ilə belə sazişlərin imzalanacağını gözləmək olar.