- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
2-ci Avropa oyunlarına 143 gündən sonra başlayacaq. Allsport.az saytı xəbər verir ki, yarışı stadionlarda izləmək üçün Minskə gələ bilməyən idman həvəskarları oyunlara 120-dən çox ölkədə canlı yayım vasitəsilə baxa biləcəklər. Yerli yayım şirkəti ISB Avropanın aparıcı yayım şirkətləri ilə Oyunların 106 ərazidə translyasiyasına dair razılaşmalar əldə edib. Televiziya translyasiyalarının auditoriyası Afrikadan Yeni Zelandiyaya qədər ərazi də daxil olmaqla bütün dünyada 500 milyondan çox tamaşaçını əhatə edəcək.
Avropa olimpiya komitələrinin prezidenti Yanes Kosyançiç deyib: “Bu, Avropa oyunlarının uğurlu və yaddaqalan olmasına kömək etmək baxımından əla xəbər olmaqla yanaşı, həm də daha böyük tamaşaçı auditoriyasına layiq olan idmançılar üçün də vacibdir. Biz bu yay həm şəxsən, həm də geniş yayım şəbəkəsi vasitəsilə bütün dünyanı Minskdən salamlamağı səbirsizliklə gözləyirik”.
2-ci Avropa oyunları çərçivəsində idmanın 15 növü üzrə yarışlar keçiriləcək. 8 idman növü üzrə yarış Tokio-2020 olimpiya oyunlarına təsnifat xarakteri daşıyacaq. Minskdə multiidman forumunda badminton, boks, baydarka və kanoedə avarçəkmə və cüdo yarışları Avropa çempionatları statusuna malik olacaq. Yarışlar 12 idman obyektində, o cümlədən “Dinamo” milli olimpiya stadionu, “Minsk-arena”, “Çijovka-arena”, İdman sarayı kimi ən iri obyektlərdə keçiriləcək. Dünyanın 50 ölkəsini təmsil edən 4 mindən çox idmançı 199 mükafat dəsti uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda keçirilmiş 1-ci Avropa oyunlarında bizimlilər medalların sayına görə Rusiyadan sonra 2-ci yeri tutub.