2-ci dövrədə rəqibləri geridə qoydu

Premyer liqanın 2-ci dövrəsində 28 oyunda 86 top vurulub. Allsport.az saytı xəbər verir ki, bu, ilk dövrə ilə müqayisədə 19 qol çoxdur. İlk 7 turda komandalar 67 dəfə fərqlənib.

1-nci dövrədəki kimi yenə 7 turluq hissənin ən yaxşısı “Qarabağ” olub. Mövsümün ilk 1/4-ində 17 xal toplayan Ağdam klubu bu dəfə 16 xal qazanıb.

2-ci dövrədə “Sabah” da həm qələbə, həm qol, həm xal sayında liderlə eyni göstəriciyə imza atıb. Lakin Bakı klubu təxminən 3 dəfə çox qol buraxıb. “Qəbələ” dövrəni liderlərdən iki xal geridə başa vurub.

Həmin kateqoriyadan