- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Həqiqətən, maraqlı oyun alındı. Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik. Futbolçularıma təşəkkür edirəm. Rəqibin gücü bəllidir. Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı”.
Allsport.az saytı xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 20-ci turunda səfərdə “Sabah”a 0:1 uduzduqları oyundan sonra deyib. O, istədikləri qələbəni qazana bilmədiklərindən gileylənib:
“2-ci hissədə daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı matçın dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq”.