“2-ci hissədə üstünlük “Neftçi”nin tərəfində oldu”

Premyer liqasının 14-cü turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:1) sonra, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 41 yaşlı mütəxəssisin fikiri ilə tanış edir:

“İlin son oyunu idi. Çətin olacağını bilirdik. “Neftçi” iddialı komandadır. Düşünürəm ki, maraqlı görüş alındı. Hər iki komanda açıq futbola üstünlük verdi. Epizodlara gəlincə, müəyyən qədər üstünlük bizdə idisə, 2-ci hissədə “Neftçi”nin tərəfində oldu.

Ümumi götürəndə komandanın çıxışından razı qaldım. Qazandığımız bir xaldır. Elə oyunlar olub ki, matç ərzində hər şey etmişik, amma uduzmuşuq. Qismətimizdə bu idisə, bununla da barışmalıyıq. “Neftçi” də qələbəyə layiq idi”.

Həmin kateqoriyadan