- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında Tokio-2020 yay olimpiya oyunlarına 10 gün qalma münasibəti ilə tədbir keçirildi. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bunu dedi:
“Tokio olimpiadasına ilk dəfə qalib ölkə kimi qatılırıq. Çox simvolik rəqəmlər var: 2-ci Vətən müharibəsi 44 gün davam etdi, idmançı sayımız da bu qədər oldu. Bundan başqa, müstəqillik qazandıqdan sonra, bizim üçün ilk sayılan Atlanta-1996-ya məhz bu günü komanda şəklində qatılmışdıq. Qarşıdakı olimpiadada bizim medallarımız da, uğurlarımız da olacaq.
Bizə lazım olan Azərbaycan xalqının dəstəyidir. Sözsüz ki, 1-ci Avropa oyunlarında başlanan “Zəfər günləri” bu dəfə də davam edəcək. Qazanılacaq medallar təntənə ilə qeyd ediləcək”.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, öz çıxışında Odlar yurdu barədə xoş söz dedi, olimpiyaçılarımıza uğurlar arzuladı.