- Baxış sayı: 42
- 27 Mart 2026 20:58
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Azərbaycan güləş hakimliyi növbəti uğura nail olub. Allsport.az xəbər verir ki, Rumıniyada imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli referi beynəlxalq kateqoriyaya sahib çıxıb.
Samil Fəttayev və Elxan Həmidov III dərəcəyə yiyələniblər. Bununla da beynəlxalq kateqoriyalı ədalət təmsilçilərinin sayı 25-ə çatıb.
I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimimiz var.