2 güləşçimiz 3-cü yer uğrunda

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatının son günündə Azərbaycanın 2 yunan-Roma güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq.

Allsport.az xəbər verir ki, Taleh Məmmədov 63 kq, Həsrət Cəfərov 67 kq çəki dərəcələrində çıxış edəcək.

Məmmədov Deniz Menekşe (Almaniya) – Lenur Temirov (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. Həsrət Cəfərov isə mükafatçılar sırasına düşmək üçün əvvəlcə Tsuçika Şimoyamada (Yaponiya), daha sonra Ramaz Zoidze (Gürcüstan) üzərində qələbə qazanmalıdır.

Dünya çempionatı

10 oktyabr

63 kq
1/8 final: Taleh Məmmədov – Mehmet Çeker (Türkiyə) 7:1
1/4 final: Taleh Məmmədov – Hanjae Çunq (Koreya) 6:2
1/2 final: Taleh Məmmədov – Meysam Dalxani (İran) 0:9
Bürünc medal görüşü: Taleh Məmmədov – Deniz Menekşe (Almaniya) / Lenur Temirov (Ukrayna)

67 kq
1/16 final: Həsrət Cəfərov – Peyton Omaniya (ABŞ) 10:0
1/8 final: Həsrət Cəfərov – Qaurov Duhon (Hindistan) 8:0
1/4 final: Həsrət Cəfərov – Məhəmmədrza Gerayi (İran) 0:11
Təsəlliverici görüş: Həsrət Cəfərov – Tsuçika Şimoyamada (Yaponiya)

Bu çəkilərdə təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 18:00-da, medal qarşılaşmaları isə saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan