- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Halqasında “Odlar ölkəsində, Sürət zirvəsində!” şüarını gerçəkləşdirməsinə 2 aydan az müddət qalıb. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan Höküməti ilə Formula 1 Rəhbərliyi arasında Formula 1 dünya çempionatı çərçivəsində qran-pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasının 2-ci ildönümüdür. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib:
“Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə Formula 1 Qran Pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır.
Mən fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz əminik ki, Bakı Şəhər Halqası, 2016-cı il Formula 1 Avropa qran-prisinin “Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq”.