- Baxış sayı: 113
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə atletika üzrə Türkiyə millisinin azərbaycanlı üzvü Ramil Quliyev bir araya gəlib.
Allsport.az saytı xəbər verir ki, ayaqüstü görüş Antalyada baş tutub. Komandamız ilə dünya və Avropa çempionu hazırda eyni idman kompleksində təlim-məşq toplanışındadır.
Həmyerlimiz “Qarabağ”ın oyunlarını izlədiyini söyləyib, qarşı tərəfə gələcək matçlarda uğurlar arzulayıb.