- Baxış sayı: 18
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Qarabağ” ölkə kubokunda ev oyunlarında 20-ci böyük hesablı qələbəsinə sevinib. Allsport.az saytı xəbər verir ki, bu, yarımfinalın “Qəbələ” ilə cavab matçına təsadüf edib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu tarixinin yubiley qələbəsini rəsmiləşdirib.
Ölkə kubokunda 1993-cü ildə debüt edən “köhlən atlar”, evdə ilk böyük hesablı qələbəsini də həmin mövsümdə qazanıb. Ağdam təmsilçisi 1/16 finalda “Şəmkir”i də 5 cavabsız qolla üstələyib.
“Qarabağ” kubokda qazanılan böyük hesablı ev qələbələrinə görə rekordçudur.