- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Premyer liqanın XXIX turunun “Sabah”la oyunundakı qələbə “Turan Tovuz” üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn qərblilər 20-ci qələbəsini əldə edib.
Premyer liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu yubileyi 65-ci oyununda rəsmiləşdirib. Tovuzlular 11 dəfə evdə, 9 dəfə səfərdə üç xal qazanıblar. Bölgə təmsilçisi Azərbaycan çempionatları tarixinə ən azı 20 qələbə qazanan 39-cu komanda kimi düşüb.
“Turan Tovuz”un Premyer Liqadakı ilk qələbəsi 2022-ci il avqustun 13-nə təsadüf edib. Qərblilər səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.