- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:58
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Braziliyanın “Palmeyras” klubu, “Zenit”in yarımmüdafiəçi Rafael Veyqanı transfer etmək təklifini rədd edib.
Allsport.az saytı xəbər verir ki, Sankt Peterburq təmsilçisi futbolçu üçün 20 milyon avro təklif edib.
Qarşı tərəf 29 yaşlı hücumameyilli yarımmüdafiəçini ən azı 2025-ci ilin iyun-iyul aylarında ABŞ-da keçiriləcək FİFA klublararası dünya çempionatına qədər saxlamaq istəyir.
O, “Palmeyras”ın heyətində 300-dən çox oyun keçirib. 92 qol vurub və 42 məhsuldar ötürmə verib. Futbolçunun müqaviləsi 2026-cı ilin dekabrın 31-ə kimidir.