- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Azərbaycan kubokunun 1/8 final mərhələsinin 8 oyununda 36 qol vurulub.
Allsport.az xəbər verir ki, qeydə alınan məhsuldarlıq bu mərhələnin 8 matçı üçün turnirin tarixində ikinci göstəricidir.
Bu raundun iki matçdan ibarət olduğu illərdə ilk oyunlar və cavab görüşlərinin məhsuldarlığı ayrı hesablanır. Yalnız bir dəfə 1/8 finalin səkkiz görüşündə daha çox qol qeydə alınıb. 2003/04 mövsümünün ilk oyunlarında 37 qol vurulub. Sonrakı 20 mövsümün mütləq rekordu isə cari turnirə təsadüf edib.
Mövsümün ümumi məhsuldarlığı da yüksək olması ilə seçilir. Təsnifat mərhələləri və 1/8 finaldan sonra ümumilikdə 94 qol qeydə alınıb. Bu, son 15 mövsüm üçün mütləq rekorddur.
Sonuncu dəfə 2008/09 mövsümündə daha çox qol vurulub. Həmin vaxt futbolçular 95 dəfə fərqləniblər.