20 yaşlı futbolçu qəzada həlak oldu

Avstriyanın “Blau-Vays Lints” klubunun gənc futbolçusu Aleksandra Vimmer 20 yaşında faciəvi şəkildə dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, hadisə Lintsdəki “Mona Liza” tunelində baş verib. Vimmerin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində gənc idmançı hadisə yerindəcə keçinib, maşında olan 15 yaşlı sərnişin isə xəstəxanaya yerləşdirilib. Klub rəsmi bəyanat yayaraq futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Həmin kateqoriyadan