- Baxış sayı: 21
- 25 Noyabr 2024 15:12
- Baxış sayı: 20
- Noyabr 25, 2024
- 0
“Şahdağ Qusar” futbol klubu Azərbaycan çempionatlarında 200-cü qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, II liqada mübarizə aparan komanda 13-cü turun matçında “Göygöl”ə qalib gəlib.
Qusarlılar səfərdə 4 cavabsız qol vurub. Bu, “Şahdağ Qusar”ın II liqada 8-ci qələbəsi olub. Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümədək fasilələrlə mübarizə apardığı premyer liqada (əvvəl güclülər dəstəsi) 59, I liqada (əvvəl I dəstə və I divizion) 133 dəfə qalib gəlib.
“Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış klub 200-cü qələbəsini ümumilikdə 558-ci görüşündə əldə edib.
“Şahdağ Qusar” ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qələbəsi 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib (1:0).