- Baxış sayı: 26
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 73
- Noyabr 28, 2024
- 0
Azərbaycan premyer liqasının 6-cı turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” oyununda (1:3) hər iki komandanın qapıçısı 200-cü qolu buraxıb. Allsport.az xəbər verir ki, bu oyunadək həm Kamran Ağayev, həm də Aqil Məmmədov ölkə çempionatlarında 199 dəfə topu qapısında görüb. “ASCO arena”da hər iki qolkiper üçün ilk top uğursuz yubiley xarakteri daşıyıb.
“Səbail”in qapıçısı premyer liqada 234-cü qarşılaşmaya çıxıb. Kamran buraxdığı qolların sayını 202-yə çatdırıb. “Neftçi”nin qolkiperi isə 200-cü qolu 153-cü matçında buraxıb.
Kamranla Aqilə qədər ölkə çempionatları tarixində 200 və daha çox top buraxan qapıçıların sayı 10 idi. Onlar bu rəqəmi 12-yə çatdırıblar.