- Baxış sayı: 7
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
“Monako”nun futbolçusu Keyta Balde nümunəvi addım atıb. Allsport.az xəbər verir ki, İspaniyanın Kataloniya bölgəsində doğulam hücumçu bu yerdə çalışan 200 seneqallı işçiyə köməklik göstərib. Seneqallı oyunçu həmin şəxslərin geyim və qida məsrəflərini qarşılayıb.
“Yemək tapmadan küçələrdə qalırdılar. Günün 12 saatını işləyirlər, koronavirusa görə də dayanmadılar. Qida, qalmaq və geyimlərini almaqda kömək oldum. Bunu gizli də edə bilərdim, amma onlara qalacaq yer lazım olduğu üçün bu postu paylaşdım”, – Balde sosial hesabında yazıb.
25 yaşlı oyuunçu daha öncə Seneqala koronavirusla mübarizə üçün 17 min avro bağışlamışdı.
“Barselona”nın yetirməsi 2013-2017-ci illərdə “Latsio”da çıxış edib. Seneqal millisinin üzvü 2017-ci ildə “Monako” ilə 5 illik müqavilə imzalayıb.